8 iyul 2024 at 16:11
Jurnalist kodu: 5564
Xəbər kodu: 85533545
T T
0 Persons
Sionist general Netanyahuya müharibənin Livana qədər yayılmasının nəticələri barədə xəbərdarlıq edib

Tehran - İRNA - İşğalçı rejimin ehtiyatda olan generalı bu rejimin baş nazirini Qəzzə zolağına qarşı müharibədən dərs almağa və müharibənin əhatəsini Livana qədər genişləndirməməyə çağırıb.

Sionist ordusunun ehtiyatda olan generalı İshaq Brik deyib: “İsrail ordusu HƏMAS-ı məğlub edə bilmirsə, Hizbullahı da məğlub edə bilməyəcək.”

General işğalçı rejimin baş naziri Benyamin Netanyahunun bu rejimlə Fələstin müqaviməti arasında mövcud təklif olunan atəşkəs razılaşmasına qarşı yenidən müqavimət göstərməsi ilə bağlı xəbərdarlıq edərək deyib: “Netanyahu yenidən razılaşmanı rədd edərsə, biz israilli məhbusları həmişəlik itirəcəyik və regional müharibəyə girmək ərəfəsində olacağıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .